10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

“Avropa Cüdo Ümidləri turniri yeniyetmə cüdoçuların inkişafına müsbət təsir göstərəcək”

“Bakıda təşkil edilən Avropa Cüdo Ümidləri turniri yeniyetmə cüdoçuların inkişafına müsbət təsir göstərəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri turniri barədə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, yarışda mübarizə aparan cüdoçuları gələcəkdə milli komandada görə bilərik: "Burada mübarizə aparan idmançılar bizim gələcəyimizdir. İnanıram ki, bu turnir gələcək illərdə də Azərbaycanda baş tutacaq".

Qeyd edək ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək (AZƏRTAC).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31