27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Digər idman növləri

Kamran Talıbov: “Avropa Cüdo Ümidləri Turniri bir növ uşaqlar üçün festival xarakteri daşıyır”

“Bakıda Avropa Cüdo Ümidləri Turniri iki gün davam edəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri Turniri barədə jurnalistlərə açıqlamasında deyib.

O, iki gün ərzində yarışlarla yanaşı, seminarların da təşkil olunacağını bildirib: “13 və 15 yaşadək uşaqlar üçün seminarlar keçiriləcək. Turnirin əsas məqsədi seminarların təşkili edilməsidir. Burada Yaponiya, Serbiya və Azərbaycandan olan mütəxəssislər iştirak edirlər. Seminarda gənc cüdoçulara fiziki və texniki bacarıqlar öyrədilir. Bu yarış bir növ uşaqlar üçün festival xarakteri daşıyır".

İdman direktoru digər ölkələrdə təşkil edilən Avropa Cüdo Ümidlər Turnirdə azərbaycanlı mütəxəssislərin də iştirak etdiyini xatırladıb.

Qeyd edək ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək (AZƏRTAC).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30