10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürüb

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri Turniri və Kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.

Texniki sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı Kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edirlər. Zəngin təcrübəyə malik bu təlimçilər turnir iştirakçılarına unikal bilik və bacarıqlar təqdim edərək onların inkişafına töhfə verirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31