10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün turnirin püşkatma mərasimi keçirilib.

Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) mübarizəyə 1/8, Elşən Əsədov (66 kq) isə 1/16 finaldan qoşulacaq.

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev - Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə

Turan Bayramov - Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə

66 kq, 1/16 final

Elşən Əsədov - Cantsandorj Unurbat (Monqolustan)

Qeyd edək ki, yarış sabah, Bakı vaxtı ilə saat 8:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31