10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Füzulidə yeni mərkəz istifadəyə verilib.

Futbolxeber.az saytının məlumatına görə, rayonun 4-cü Qayıdış qəsəbəsində yerləşən 4 saylı məktəbin idman zalı federasiyanın dəstəyilə güləş xalçası, müxtəlif məşq və texniki avadanlıqlarla, digər zəruri idman ləvazimatları ilə təmin edilib.

Bu addım bölgədə idmanın inkişafına dəstək olmaqla yanaşı, yerli yeniyetmə və gənclərin güləşə marağının artırılması məqsədilə atılıb.

Bu gün AGF tərəfindən güləş zalıyla tanışlıq həyata keçirilib. İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu, AGF-nin sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev güləş mərkəzinə baş çəkib, yeniyetmə güləşçilərlə görüşüb və onlara tövsiyələrini çatdırıb.

Açılış mərasimində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Füzuli rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramiz Quliyev AGF-yə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Çıxış edənlər gələcəkdə bu güləş mərkəzində də nüfuzlu yarışların qalib və mükafatçılarının yetişməsini arzulayıblar.

Qeyd edilib ki, Azərbaycan güləşinin rəmzlərindən biri sayılan Hacı Əliyevin bu səfəri həmin bölgənin güləşçiləri üçün böyük motivasiya rolunu oynayır. Burada təcrübəli məşqçi Vüsal Eminovun rəhbərliyi altında 70 yeniyetmə sərbəst güləşlə məşğul olur.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31