5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Digər idman növləri

Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatına 4 medalla start veriblər

Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatına 2 gümüş və 2 bürünc medalla start veriblər.
 
Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, Rəhman İmanov (57 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib.
 
Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.
 
Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
 
Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.
 
Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabıyla məğlub olan Fərid gümüş medalla kifayətlənib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28