3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Digər idman növləri

Voleybol Federasiyası məşqçi kursu təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.
 
Futbolxeber.az saytının AVF-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir dekabrın 17-22-si aralığında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
 
Kursa Bakı Regional Voleybol Klubunun tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər qatılacaqlar. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək.
 
Sonda imtahandan uğurla keçəcək iştirakçılar AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
 
Qeyd edək ki, federasiya tərəfindən avqustun 9-12-si aralığında Qəbələdə, sentyabrın 21-26-sı aralığında Sumqayıtda “1-ci dərəcə” məşqçi kursu keçirilib.
 
AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar. Kursda iştirak üçün son qeydiyyat tarixi dekabrın 16-sıdır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31