19 Yanvar 2025, Bazar günü
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Şamaxı"nı məğlub etdi
PFL Toral Bayramovu mükafatlandırdı
XIX turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib

Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib.
 
Futbolxeber.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
 
Əvvəlcə Azərbaycan İdman Akademiyasının Məşqçilik ixtisası üzrə ingilis bölməsi haqqında məlumat verilib. Sonra XVII Yay Paralimpiya Oyunlarının hesabatı, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Taekvondo Federasiyasının, eləcə də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin təqdimatı dinlənilib. İdman yarışlarının canlı yayım və marketinq məsələləri haqqında məlumat verilib.
 
Tədbirdə, həmçinin “İdman Paytaxtı”nın təqdimatı, Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə məlumat verilib, idman federasiyalarının sosial media hesabatı müzakirə edilib, idman psixologiyası ilə bağlı layihə və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31