29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu

Digər idman növləri

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.
 
Futbolxeber.az saytının məlumatına görə, ənənəvi “Finlandiya Open” turnirində millinin 12 üzvü bacarığını göstərəcək.
 
Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.
 
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək. Sabah Lohja şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31