27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Digər idman növləri

AGF Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalını inventarla təmin edib

Azərbaycan Güləş Federasiyası (AGF) 8 noyabr – Zəfər Günü ərəfəsində Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalını inventarla təmin edib.
 
Futbolxeber.az saytının məlumatına görə, AGF rəsmiləri 1918-ci ildə əsası qoyulmuş Hərbi İnstitutda bu gün görüş keçirib.
 
Tədbirdə Hərbi İnstitutun rektoru, polkovnik Ümidvar Quliyev, ali məktəbin Fiziki Hazırlıq və İdman Kafedrasının rəisi, polkovnik İrşad Seyidov, AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və digər şəxslər iştirak ediblər.
 
Qeyd edilib ki, hazırda Hərbi İnstitutda 17 idman növü üzrə məşqlər keçirilir. Onların arasında güləş prioritet təşkil edir. Vurğulanıb ki, AGF-nin inventar dəstəyi bu ali məktəbin kursantları arasında güləşin daha da populyarlaşmasına və sevilməsinə təkan verir, eləcə də onların daha yüksək hazırlığa sahib olmasında müstəsna rol oynayır.
 
Qonaqlar daha sonra nümunəvi məşqi izləyib və güləş mütəxəssisləri kursantlara öz tövsiyələrini veriblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31