6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Azərbaycan karateçiləri dünya çempionatında uğurlu çıxış ediblər

Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş karate-do üzrə dünya çempionatında uğurlu çıxış edib.
 
Futbolxeber.az saytının Karate-Do Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 31-ci dəfə təşkil olunan turnirdə idmançılarımız şəxsi yarışlarda 7 qızıl medal qazanıblar.
 
Karateçilərdən Əli Əhmədov (10-11 yaş, 34 kq), Eldar Bağırov (12-13 yaş, 53 kq), Mikayıl Nağıyev (14-15 yaş, "Open"), Zəki Cəfərzadə (16-17 yaş, 73 kq), Nərmin Əliyeva (14-15 yaş, "Open"), Humay Həsənli (18 və daha yuxarı yaş qrupu, 58 kq) və Rauf Yusifov (Master) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Bununla yanaşı, yığma komanda yarışında 2 qızıl medal əldə edib. 12-15 yaş qrupunda oğlanlar, eyni yaş qrupunda qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Qeyd edək ki, Azərbaycan millisi bu nəticə ilə dünya çempionatında 44 ölkə arasında 5-ci yeri tutub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31