3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.u

Futbolxeber.az saytının məlumatına görə, yarımfinal gedən yolda Azərbaycan millisinin 3 idmançısı döyüşünü qələbə ilə başa vurub.

Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.
 
Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.
 
Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.
 
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin döyüşləri oktyabrın 17-də olacaq.
 
Qeyd edək ki, bir gün öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30