15 Dekabr 2025, Bazar ertəsi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”
Tahir Gözel Əkbərlə görüşdü
Azər Bağırovdan qələbə şərhi

Digər idman növləri

Sənan Süleymanovunsonuncu rəqibi müəyyənləşdi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov bu gün Paris-2024-də bürünc medal görüşünə çıxacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi bəlli olub. O, mükafat uğrunda Akjol Mahmudovla (Qırğızıstan) qarşılaşacaq.
 
20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Sənanın da çəkisində medalllar uğrunda yarışlar başlayacaq.
 
Xatırladaq ki, Sənan ötən gün 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla görüşdə zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. S.Süleymanov bu dəfə isə  Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31