26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Digər idman növləri

Paris-2024: Kokauri medalsız qaldı

Bu gün Paris-2024-də iştirak edən Azərbaycanın cüdo millisinin sonuncu - doqquzuncu üzvü Uşanqi Kokauri mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 100 kq-dan yuxarı çəkidə çıxış edən milliləşdirilmiş gürcüstanlı idmançının ilk rəqibi 1/16 finalda Rafael Silva olub. Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib.

O, növbəti mərhələdə Martti Puumalainen (Finlandiya) ilə qarşılaşıb. İdmançımız bu dəfə də ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb. Yarımfinala gedən yolda Kokauri Koreya cüdoçusu Kim Minyonqla görüşüb. Kokauri vaza-ari xalı ilə uduzub.

Bununla belə, o, bürünc medal şansını saxlayıb. Cüdoçumuz 3-cü yer uğrunda təsəlliverici görüşdə Kuba təmsilçisi Endi Qranda ilə qarşılaşıb. Bu görüşdə qalib gələn bürünc medal uğrunda həlledici yarışa çıxacaqdı. Lakin Azərbaycan təmsilçisi uduzaraq medalsız qalıb.

Bununla da cüdo millimiz Paris-2024-də çıxışını başa vurub. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar, digər 7 cüdoçumuz isə medala sahib ola bilməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31