18 Avqust 2025, Bazar ertəsi
Adil Şükürov: “Kəpəz” düzələcək”
"Sumqayıt"dan möhtəşəm start
"Müqavimət göstərməyə gücümüz var"
Kurban Berdıyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycanı cüdo üzrə dünya çempionatında təmsil edəcək idmançıların adları açıqlanıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək turnirə 100-dən çox ölkədən 700-ə yaxın cüdoçu qatılacaq.
 
Azərbaycan mayın 19-23-ü aralığında reallaşacaq yarışda 8 çəki dərəsində təmsil olunacaq. Millimiz dünya çempionatına məşqçilər Riçard Trautman və Rəşad Məmmədovun rəhbərliyi altında 9 kişi və 2 qadın idmançı ilə qatılacaq.
 
Kişilərin mübarizəsində 60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov və Kamran Süleymanov, 73 kq-da Hidayət Heydərov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov, 100 kq-da isə Zelim Kotsoyev Azərbaycana medal qazandırmağa çalışacaq.
 
Qadınların mübarizəsində isə 48 kq çəkidə ölkəmizi Leyla Əliyeva, 57 kq çəkidə Acelya Toprak təmsil edəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31