11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Digər idman növləri

Stadnik Parisə lisenziya qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.

Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.

Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31