9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Şəhriyar gerilədi, Teymur irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.

Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.

İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31