14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.
 
Futbolxeber.az saytına AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.
 
Cəfərov Fransada yerli "Neptunes Nantes" və İtaliyanın "İgor Gorgonzola Novara" klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
 
Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaq. Matç fevralın 28-də keçiriləcək.
 
Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30