23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Digər idman növləri

İsmayıllıda "Heydər Əliyev İli"nə həsr olunan qaçış yarışı keçirilib

Noyabrın 5-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda "Heydər Əliyev İli"nə həsr olunan qaçış yarışı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, toplantı Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutub.
 
Tədbirin açılışda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı əvəzsiz xidmətlərindən, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısından, ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan və nəticədə idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışıblar. Çıxışlarda, həmçinin idmanın kütləviliyinin təşviqi, əhali arasında sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda mütəmadi olaraq idman tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb və bu baxımdan, İsmayıllıda keçirilən yarışın xüsusi əhəmiyyət daşıdığı bildirilib.
 
Sonra yarışa start verilib. Finiş xəttinə çatmaq üçün yerli sakinlərlə yanaşı, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Şamaxı, Neftçala, Göyçay rayonlarından qatılan təmsilçilərlə birlikdə, ümumilikdə 300 nəfərdən çox iştirakçı mübarizə aparıb. Müxtəlif yaş qrupları üzrə, müvafiq uzunluq məsafəsinə qaçan iştirakçılar arasından 16 kateqoriyada qaliblər müəyyən edilib.
 
Zəfər Günü ərəfəsinə təsadüf edən yarış qaliblərin mükafatlandırılması ilə yüksək əhval-ruhiyyədə başa çatıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31