Digər idman növləri
Azərbaycan idmanının Krakov fiaskosu!
Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarına dünən yekun vuruldu. Turnirə 100 idmançı ilə qatılan ölkəmiz yekunda medal sıralamasında 41 ölkə arasında 24-cü yeri tutdu. İdmançılarımız Avropa Oyunlarını 3 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurdular. Medalların sayına görə isə nəticə daha pisdi - 41 ölkə arasında 26-cı yer.
Bu nəticə birbaşa fiaskodu. Niyəsini bilmək üçün əvvəlki Avropa Oyunlarındakı nəticələrə diqqət yetirmək kifayət edər. 2019-cu ildə Minskdə təşkil olunan yarışda Azərbaycan 43 ölkə arasında 10-cu olmuşdu. Həmin vaxt idmançılarımız 5 qızıl, 10 gümüş, 13 bürünc medala sahib çıxmışdılar.
Artıq dünəndən bəziləri Krakov fiaskosuna don geydirməyə çalışsalar da, bu nəticə birbaşa hazırkı gənclər və idman naziri Fərid Qayıbov və onun komandasının uğursuzluğudu. Azad Rəhimovun xələfi ilk ciddi sınaqdan üzüağ çıxa bilmədi. Bəziləri medal sayının azlığını güləş və cüdo yarışlarının budəfəki Avropa Oyunlarının proqramına daxil edilməməsi ilə əlaqələndirirlər. Lakin həmin insanlar digər vacib məqamı “unudurlar”. Budəfəki Avropa Oyunlarında Rusiya və Belarus iştirak etmirdi. Keçən Avropa Oyunlarının qalibi məhz Rusiya olmuşdu – 44 qızıl, 24 gümüş və 41 bürünc medalla. Belarus isə 23 qızıl, 16 gümüş və 29 bürünclə sıralamada ikinci yerdə qərarlaşmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, bu iki ölkə Krakovda da iştirakçılar sırasında olsaydı, qazandığımız medalların sayı bəlkə də heç 11 olmazdı. Kim bilir, bəlkə də 41 ölkə arasında 24-cü yox, 34-cü olacaqdıq...
Fərid Qayıbov artıq 20 aydır gənclər və idman naziridir. Krakovdakı nəticə onu deməyə əsas verir ki, Azad Rəhimovun gedişindən sonra Azərbaycan idmanı geri addımlayır. Bu günə qədər son il yarımda böyüklər arasında keçirilən dünya çempionatlarında idmançılarımızın uğursuzluğu ikinci dərəcəli yarışlarda qazanılan medallarla “sığortalanırdı”. Amma Krakovdakı nəticələr Azərbaycan idmanının real mənzərəsini ortaya qoydu. Polşadakı fiasko gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunları öncəsi ciddi siqnaldı. 4 illiyin ən böyük yarışına 1 il, 23 gün vaxt qalıb. “Köhnə qitə”də 41 ölkə arasında medal əyarına görə 24-cü, sayına görə isə 26-cı yerdə qərarlaşan idmançılarımızın Fransa paytaxtındakı perspektivi heç də yaxşı görünmür. Onu da unutmayaq ki, Krakovda qazanılan üç qızıl medalın üçü də qeyri-olimpiya idman növlərində qazanılıb...
İBRAHİM
Futbolxeber.az-ın teleqram kanalına abunə olun
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
18.10.2026
17.10.2026
























