24 Yanvar 2026, Şənbə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Digər idman növləri

"Norway Chess": Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə gələcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı qrossmeyster VI turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
 
Məmmədyarov 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giriylə 7-8-ci yerləri bölüşdürür.
 
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31