3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Digər idman növləri

"Norway Chess": Məmmədyarov Firuzca ilə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gələcək.

O, hazırda 1,5 xalla Uesli So (ABŞ) və Aniş Giri (Niderland) ilə birlikdə 3-5-ci yerləri bölüşdürür.

Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31