29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Digər idman növləri

Daha bir atletimiz Afrika çempionatının qalibi oldu

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.

Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.

Xatırladaq ki, Azərbaycan millisi aprel ayında İrəvanda keçirilən Avropa çempionatında dövlət bayrağının yandırılması səbəbindən yarışı tərk edib. Ona görə də istisna hal kimi komandanın Afrika çempionatında iştirakına icazə verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31