8 Noyabr 2026, Bazar günü
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Çimərlik güləşi üzrə Azərbaycan millisindən 2 medal qazanıb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Dünya Seriyasının ilk mərhələsində 2 medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 27 ölkənin iştirak etdiyi yarışda Azərbaycan təmsilçiləri 1 gümüş və 1 bürünc medal əldə ediblər.

90 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov ardıcıl üç rəqibini məğlub edərək, finala yüksəlib. Lakin o, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) məğlub olaraq, ikinci yeri tutub.

70 kq-da Ramiz Həsənov yarımfinalda uduzsa da, üçüncü yer uğrunda dueldə rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək, bürünc medala yiyələnib.

Azərbaycanın digər güləşçisi Oyan Nəzəriani (+90 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Dünya Seriyasının II mərhələsi 10-11 iyun tarixlərində Sinqapurda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30