24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Cüdoçularımız Avropa kubokunda birinci yeri tutdu

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. 

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

İdmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq çəkidə Süleyman Şükürov, -81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. -81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.

-73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. -90 kq çəkidə mübarizə aparan idmançımız Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31