28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Digər idman növləri

Rusiya və Belarus idmançılarının Bakıda keçiriləcək dünya çempionatında iştirakına icazə verildi

Ümumdünya Taekvondo Federasiyası (WT) Rusiya və Belarus idmançılarının neytral statusda qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

Futbolxeber.az saytının məlumatına görə, qurum Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alıb.

Ümumdünya Taekvondo Federasiyası Bakıda keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatından başlayaraq WT-nin himayəsi altında təşkil olunacaq çempionatlarda Rusiya və Belarus pasportlarına malik idmançıların neytral statusda çıxış etməsinə icazə verib.

Bakıdakı dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə, Belarusun isə bunu dəstəkləməsinə görə sözügedən ölkələrin idmançıları və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılmışdlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28