25 May 2026, Bazar ertəsi
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Amerikalı basketbolçu Rusiya həbsxanasından sonra NBA-ya qayıdır

Amerikalı qadın basketbolçu Brittni Qrayner karyerasını yenidən Milli Basketbol Assosiasiyasında (NBA) davam etdirəcək.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı basketbolçu “Finiks Merkyuri” ilə 1 illik müqavilə imzalayacaq. Tərəflər artıq sözləşmə ilə bağlı şifahi razılaşma əldə ediblər.

Bununla da, Qrayner Rusiya həbsxanasında keçirdiyi 10 aydan sonra yenidən NBA-ya qayıdır.

Xatırladaq ki, Rusiyada UQMK-nin formasını geyərkən Qrayner ötən ilin fevralında Şeremetevo aeroportunda narkotik keçirməyə cəhd edərkən Rusiya polisi tərəfindən həbs olunmuşdu. Ötən ilin avqustunda Ximki məhkəməsi amerikalı basketbolçuya ümumi rejimli cəzaçəkmə müəssisəndə olmaqla 9 il həbs cəzası vermişdi. O, həm də 1 milyon rubl cərimə olunmuşdu. 

Dekabrın 8-də isə Qrayner həbsdən azad edilib. Rusiya hökuməti qadın basketbolçunu ABŞ-də həbsdə olan Viktor Butla dəyişdirib.

2 qat olimpiya çempionu Rusiya həbsxanasında 294 gün keçirib.

Adil ƏHMƏDOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31