16 Fevral 2026, Bazar ertəsi
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”
Yuri Vernidubdan qələbə şərhi

Digər idman növləri

300 qələbə həddinə çatan 7-ci məşqçi oldu

Kontinental Hokkey Liqasının növbəti turu çərçivəsində “Barıs” “Kunlun”u 2:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu qələbə Astana təmsilçisinin baş məşqçisi Andrey Skabelka üçün əlamətdar olub. Belə ki, o, baş məşqçi kimi 300-cü qələbəsini qazanıb. Belaruslu mütəxəssis bu nəticəyə nail olan sayca 7-ci məşqçidi.

Slabelkaya qədər bu uğura Dmitri Kvartalnov, Oleq Znarok, Zintula Bilyaletdinov, Vladimir Krikunov, İqor Nikitin və İlya Vorobyov imza atıblar.

Qeyd edək ki, qələbəyə baxmayaraq, “Barıs” pley-offa yüksəlmək şansını itirib. Çin klubu üzərində qələbədən sonra Qazaxıstan təmsilçisi xallarının sayını 61-ə (65 oyun) çatdırıb. Komanda Şərq divizionunda 11 komanda arasında sonuncu pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28