2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Digər idman növləri

NHL tarixində bunun bacaran 4-cü oyunçu oldu

Milli Hokkey Liqasının (NHL) növbəti turu çərçivəsində “Reyncers”lə görüşdə (4:5) “Edmonton”un kapitanı Konnor Makdevid 2 məhsuldar ötürmə müəllifi olub.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu nəticə ilə kanadalı hokkeyçinin cari mövsüm topladığı xalların sayı 101-ə (42+59) çatıb. Bu, cari çempionatda ilk belə haldı.

Makdevid NHL-də 5-ci dəfədir ki, mövsüm ərzində 100 xal həddinə çatan ilk hokkeyçi olur. Makdevid NHL-in tarixində bunu bacaran 4-cü hokkeyçidi. 26 yaşlı hokkeyçiyə qədər bu cür unikal göstəriciyə yalnız Ueyn Qretski (9 dəfə), Mario Lemye və Fil Espozito (hər biri 6 dəfə) imza atıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30