13 Fevral 2026, Cümə
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi
Anatoli Nuriyev “Zirə”də
Sedrik Badolo rəsmən "Sumqayıt"da

Digər idman növləri

Medvedevdən qələbə şərhi: “Həftə ərzində ən yaxşı oyunum idi”

Rusiyalı tennisçi Daniil Medvedev Rotterdamda keçirilən beynəlxalq turnirin 1/4 final mərhələsində Feliks Oje-Alyassim üzərində qazandığı (6:2, 6:4) qələbəni şərh edib.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 27 yaşlı tennisçi kanadalı rəqibinə qarşı çox yaxşı çıxış etdiyini bildirib:

“Bu gün həftə ərzində ən yaxşı oyunumu keçirdim. Lakin bunun üzərində xeyli çalışmışdım. Məqsədim finala formamın pik həddində çatmaqdır. Hazırkı durumumdan məmnunam. Felikslə oyunun taleyini 2 setdə həll etdim. Yarımfinalda Qriqor Dimitrova qarşı matçla bağlı planımız hazırdı. Məni çox çətin qarşılaşma gözləyir. Dimitrov çox güclü tennisçidi və yarımfinala gedən yolda inanılmaz kambəkə imza atdı”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28