6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

NBA tarixində rekord

Milli Basketbol Liqasının (NBA) növbəti turu çərçivəsində “Bruklin” “Mayami” üzərində 116:105 hesablı qələbə qazanıb.

Futbolxeber.az saytının “ESPN Stats & Info”ya istinadən verdiyi məlumata görə, meydan sahiblərinin hücumçusu Mikel Bridces 45 xal toplamaqla bu qələbədə böyük pay sahibi olmaqla yanaşı, həm də rekord iştirakçısı olub.

Belə ki, Bridces cari mövsüm “Bruklin”in heyətində mövsüm ərzində bir oyunda 45 xal həddinə çatan dördüncü basketbolçu olub. Ona qədər Kevin Dyurant, Kayri İrvinq və Kemeron Tomas da 1 görüşdə ən azı 45 xal qazanmağa nail olmuşdular. Bu isə NBA tarixində rekorddur. Buna qədər heç bir komandanın 4 üzvü mövsüm ərzində bir görüşdə minimum 45 xal toplamağı bacarmamışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30