18 Aprel 2026, Şənbə
Nazirdən "Neftçi" paylaşımı
"Zirə"nin futbolçusu mükafatlandırıldı
Kurban Berdiyevdən qələbə şərhi
Hidayət Heydərov finalda uduzdu

Digər idman növləri

"Formula 1 Azərbaycan" azarkeşsiz keçiriləcək

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz olacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

Onun sözlərinə.görə, belə bir qərar Azərbaycanın "Formula 1" şirkəti qarşısındakı öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

BŞH rəsmisi martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikintinin yekunlaşacağını sözlərinə əlavə edib: "Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Eyni zamanda iştirakçılara çöldə yemək verilməyəcək, konsert partisi isə keçirilməyəcək".

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30