4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Digər idman növləri

Rəcəbov və Məmmədyarov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az-ın FİDE-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 90-cı pillədə qərarlaşıblar.

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2791) 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443 xal) 29-cu, Gülnar Məmmədova (2382) 77-ci, qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sırada qərarlaşıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28