1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

“Formula-2”: VII mərhələnin qalibi müəyyənləşdi

Bakıda “Formula-2” üzrə yarışının VII mərhələsi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 20 pilotun qatıldığı 29 dövrəli mübarizə “PREMA Racing” komandasının pilotu Şarl­Leklerin qələbəsi ilə yekunlaşıb.
 
20 yaşlı pilot 1:54.025 nəticə göstərib. İkinci yeri Niderland "Rapax"ından Nik De Vries (1:54.891), üçüncü pilləni isə Kanada DAMS-ından Nikolas Latifi (1:54.935) tutub. 
 
Yarışda 14 pilot çıxışını sonadək davam etdirib. Antonio Fuoko (İtaliya, “Prema Racing”), Coni Sekottonun (Venesuela, “Rapax”) Şon Gelaelın (İndoneziya, “Pertamina Arden”), Sergey Sirotkin (Rusiya, “ART Grand Prix”), Nobuharu Matsuşita (Yaponiya, “ART Grand Prix”) və Qustav Malyanın (İsveç, “Racing Engineering”) qəza törətdiklərindən mübarizəni vaxtından əvvəl dayandırıblar.
 
Qeyd edək ki, “Formula-2” VIII mərhələsi sabah olacaq. Pilotlar saat 14:00-da start götürəcək yarışda 21 dövrə vuracaqlar. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31