Digər idman növləri
Məhəmmədrəsul Məcidov: “Planlar qurmaq üçün vaxtımız yoxdur”
İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) Azərbaycan Boks Federasiyasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında yığmamızın heyətində yer alacaq boksçu bu yarışa hazırlığından və hədəflərindən danışıb:
- İslam Həmrəyliyi Oyunlarına cəmi 4 gün qalır. Təcrübəli boksçu kimi komandanın hazırlığını necə qiymətləndirərdiz?
- Çox yaxşı məşqlər keçirik. Yeni ukraynalı baş məşqçimiz Leonid Loivskinin rəhbərliyi altında təlim-məşq toplanışımızı davam etdiririk. Öncə Bakıda, ardınca Qəbələdə hazırlıqda olduq. İndi yenidən Bakıda məşqlər keçirik. Çox güclü komandamız formalaşıb. Hazırlığa əsasən deyə bilərəm ki, İslam Həmrəyliyi Oyunlarında komanda hesabında da birinci yer uğrunda mübarizə aparacağıq. Hədəfimiz də budur.
- Bəs öz hazırlığınız nə yerdədir?
- Mənim müəyyən problemlərim vardı. Diz qapağımın altındakı zədəyə görə əməliyyat olunmuşdum. Bu üzdən bir müddət normal məşq də edə bilmirdim. Artıq bir neçə aydır ki, həmişəki qaydada məşq edib hazırlaşıram. Düşünürəm ki, hər şey qaydasında olacaq.
- Hazırkı formanız nə səviyyədədir? Özünüzü yarışa tam hazır hesab edirsizmi?
- Xeyli müddətdir heç bir yarışda iştirak etməsəm də, İslamiadaya hazıram. Təbii ki, elə vaxtlar olub ki, indikindən daha hazırlıqlı olmuşam.
- Rio Olimpiadasından sonra yarışlara qatılmamısız. Təxminən 9 aylıq fasilənin ardından doğma divarlar arasında döyüşə çıxmaq çətin olmayacaq ki?
- Bəli, Riodan sonra heç bir yarışda iştirak etmədim. Uzun müddət ümumiyyətlə məşqlərdən kənar qalmışdım. Dizimdəki əməliyyat,həmçinin digər problemlər buna səbəb olmuşdu. Əslində heç bir yarış asan olmur. Mən də çalışacağam ki, uğurlu çıxış edim. Artıq neçə vaxtdır məşqlərə başlamışam, sınaqçı rəqiblərlə gücümü də yoxlamışam. Özümü yaxşı tərəfdən göstərməyə çalışacam.
- Azarkeşlər hər bir yarışda sizdən medal gözləyirlər. Bu dəfə hansı mükafat sizi qane edəcək?
- İstənilən halda, hədəfim birinci yerdir. Yarışın qalib olmaq uğrunda mübarizə aparacam.
- İslamiadaya gələcək boks yığmalarının heyəti hələ tam dəqiqləşməyib. Bəs siz necə, rəqibləriniz barədə məlumat əldə edə bilmisizmi?
- Açığı, hansı ölkədən hansı boksçunun gələcəyi barədə hələ məlumatlı deyiləm. Amma çəkimdə Mərakeş, Türkiyə və Qazaxıstandan güclü idmançıların olduğunu bilərəm. Onların Bakıya gələcəkləri isə dəqiq deyil. Hətta hansı çəkidə neçə nəfərin mübarizə aparacağı da dəqiqləşməyib.
- İslam Həmrəyliyi Oyunlarından sonrakı planlarınız nədir?
- Hər hansı planlar qurmaq üçün vaxtımız yoxdur. Çünki İslamiadadan cəmi 3 həftə sonra Avropa çempionatı başlayacaq. Qitə birinciliyi dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Avqustun sonunda Almaniyada start götürəcək mundiala vəsiqə qazanmaq üçün Avropa çempionatında mütləq iştirak etməliyəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
24.10.2026
23.10.2026
























