Digər idman növləri
Avropa ikincisi olan güləşçilərimiz vətənə qayıtdı
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatında uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz ötən gün vətənə qayıdıblar. Futbolxeber.az-ın məlumatına görə, milli komandamızın Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilib.
Giorgi Edişeraşvili bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Süleymanov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Ruslan Dibirhacıyev isə çempionatı 3-cü yerdə başa vurub.
Qarşılanma mərasimində yığmanın məşqçiləri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.
Firdovsi Umudov, milli komandanın baş məşqçisi: “Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Sərbəst güləş üzrə yığma komanda Avropa çempionatına ikinci heyətlə qatılmışdı. Buna baxmayaraq, güləşçilərimizin çıxışından razı qaldım. Onlar sona qədər mübarizə apardılar və uğurlu nəticələr qazandılar. Hazırlıqlar yüksək səviyyədə keçmişdi, Avropa çempionatında qazanılan medallar düzgün yolda olduğumuzu göstərdi. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. İdmançılarımızın bu uğurlu nəticələri İslamiadaya hazırlaşan güləşçilərimiz üçün də əlavə stimul, motivasiya olacaq. Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Federasiya rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunan bu mötəbər yarışda da xalqımızı sevindirək, dövlətimizin bizə etimadını doğruldaq”.
Arif Abdullayev, məşqçi: “Avropa çempionatına 8 güləşçiylə yollanmışdıq. Ümumilikdə 5 medal qazandıq. Hər halda, gərgin təlim-məşq toplanışları keçmişdik, bu da bəhrəsini verdi. Bizə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Bu mötəbər yarışda da bütün idmançılarımıza uğurlar arzulayıram”.
Giorgi Edişeraşvili, Avropa çempionu: “Çox şadam. Avropa çempionatına yollananda məqsədim məhz qızıl medal idi. Şükürlər olsun ki, bunu bacardım. Bu qələbədə əməyi olan hər kəsə, bizi dəstəkləyən güləşsevərlərə təşəkkürümü bildirirəm. Asan olmadı, ancaq yaxşı hazırlıq keçmişdik. Bu da turnirdə özünü göstərdi”.
Murad Süleymanov, gümüş mükafatçı: “Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Çox çətin rəqiblər var idi. Finalda türkiyəli idmançıya uduzdum və gümüş medalla kifayətləndim. Ümumən 5 medal qazandıq. Qızıl da oldu, gümüş də, bürünc də. Komanda yoldaşlarım da çox yaxşı çıxış etdi. Çalışacağıq ki, növbəti yarışlarda da uğurlu nəticələr göstərək”.
Xatırladaq ki, sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
24.10.2026
23.10.2026
























