Digər idman növləri
Şəhriyar Məmmədyarov: “Ona uduzandan sonra mənə "Mister Black" demək olmaz”
Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib. Turnirin mətbuat xidməti yarışın qalibinin müsahibəsini təqdim edir.
- Ardıcıl ikinci dəfə qələbə qazanmağın münasibətilə təbrik edirik. Yarış ərəfəsində belə uğurlu çıxış edəcəyini gözləyirdin?
- Cari ildə ShamkirChess turnirində qalib gəlmək daha çətin oldu. Heyət baxımından bu il daha güclü şahmatçılar iştirak edirdi. Yadınızdadırsa ötən il Azərbaycan şahmatçıları çoxluq təşkil edirdi. Bu il isə onların yerinə yüksək reytinqli şahmatçılar dəvət olundu. Üstəlik Uesli Sonun iştirakı rəqabəti artırdı. ABŞ təmsilçisi inanılmaz oyun nümayiş etdirir. Şəmkirə qədər demək olar bütün yarışlarda qələbə qazanıb.
- Deməli sənin üçün So yarışın favoriti idi?
- Yarışda iki favorit görürdüm. Uesli So və Vladimir Kramnik. Maraqlıdır ki, hər iki favoritə qalib gəldim. Uğur qazanmağımda favoritlər üzərində qələbə həlledici oldu. Şəmkirdən əvvəl FİDE-nin Qran-Pri turnirində 1-3-cü yerləri bölüşdürmüşəm. Ona görə ümidlərim böyük idi.
- İlk turda So üzərində qələbə olmasaydı bəlkə də yarış başqa nəticəylə yekunlaşacaqdı...
- Hər oyun vacib idi. Son turlar ərəfəsində 1 xallıq fərq var idi. Superturnir olsa belə 1 xallıq fərq böyük üstünlük sayılır. Qara fiqurlarla So və Kramniki məğlub etməyim mövqeyimə ciddi təsir etdi. Əlbəttə startdakı qələbə olmasaydı sonluq başqa ola bilərdi. So və Kramnikə uduzsaydım sonda nəticə belə olmayacaqdı.
- So və Kramniki məğlub etdin. Amma Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub oldun. Yorulmuşdun, yoxsa rəqib yaxşı hazırlaşmışdı?
- Şahmatda çox debütlərə baxırıq. Yarış vaxtı onları təkrarlayırıq. Yəni şahmatçıda inam olur. Başa düşürük ki, bu gedişləri oynamaq olar. Mən də yazılanları təkrarlamışdım. Vəzir gedişindən sonra uduzmaq barədə orada yazılmamışdı. Partiyanın belə olacağını gözləmirdim. Mənim də günahım var. Amma mən bütün əvvəlki oynanılan partiyaları izləyə bilmərəm. Əvvəllər bu gedişi etmişəm. Voytaşekə məğlubiyyət çox acınacaqlı oldu. Şahmatda "ev tapşırığı"yla az hallarda qalib gəlmək olur.
- Ardıcıl ikinci dəfə ShamkirChess turnirinin qalibi oldun. Dünya çempionu Maqnus Karlsen Şəmkirdə olsaydı qələbə qazana biləcəkdin?
- Şahmatda əvvəldən nəticəni söyləmək mümkün deyil. Maqnusun iştirak etdiyi yarışların bəzilərində Uesli So birinci yeri tutur. Karlsenin iştirakı əlavə stimuldu. Etiraf edim ki, Maqnusun iştirak etdiyi illər Şəmkirdə oyunum alınmırdı. Çox pis oynayırdım. Son iki ildə yaxşı oynamışam. Norveçlinin Şəmkirdə olduğu vaxtlarda oyunum sanki alınmırdı. Gələcəkdə ikimizdə çıxış edərik. Necə olacağını zaman göstərəcək.
- Gələn il ShamkirChess-in 5 yaşı tamam olacaq. Yubiley ilində Maqnusla birlikdə iştirak etmək istəyərdin?
- Maqnus Karlsenin iştirakı böyük bayramdır. Çox güclü və peşəkar şahmatçıdır. Ümid edirəm ki, ikimiz də Şəmkirdə mübarizə aparacayıq. O özü də Şəmkirə gəlmək istəyirdi. Sadəcə yarışın vaxtı bəzi turnirlərlə üst-üstə düşdü. Şahmatda bəzi iştirakçılar təşkilatçılarla 1-2 il əvvəldən müqavilə imzalayır. Ona görə Şəmkirdə iştirakı alınmadı.
- Karlsenin olmadığı yarışda özünü rahat hiss edirsənmi?
- Karlsenə demək olar bütün məğlubiyyətlərim Şəmkirdə olub. Şəmkir turnirini hesaba almasaq bir-birimizlə oyunlarımızın statistikası bərabərdi. Şəmkirdə ona çox uduzmuşam. Başqa turnirlərdə belə hal yaşanmayıb. Məsələn Veyk An Zeedə qara fiqurlarla ona qarşı çox yaxşı mübarizə aparmışam.
- ShamkirChess2017 turnirinin Təşkilat Komitəsinin sədri Fərid Hüseynov maraqlı açıqlama verib. V turdan sonra verdiyi müsahibədə deyib ki, Şəhriyarı artıq şəmkirli hesab edir...
- (gülür) Mən ümumiyyətlə özümü artıq daha çox şəmkirli hesab edirəm. Bəziləri bunu bilmir. Yaxınlarda nişanlanmışam. Nişanlım şəmkirli xanımdır. Ona görə xanımım şəmkirli olduğu üçün özümü şəmkirli sayıram.
- Atanız Həmid bəy VIII turda Şəmkirə gəldi. Həmin turda da Voytaşekə uduzdun. Atanız yanınızda olanda narahatlıq yaranır, yoxsa təsadüf oldu...
- Atam həmişə mənə dəstək olur. Həmişə qələbə gözləyir. Turnirdə bütün şahmatçılar məğlubiyyət acısı yaşadı. Əsas qələbə sayı daha vacibdir. Üç qələbəm oldu, bu böyük nəticədir. Atamın məğlubiyyətlə əlaqəsi yoxdur. Voytaşekin debüt seçimindən sonra istənilən şahmatçı məğlub ola bilərdi. Mən həmin oyuna yaxşı hazırlaşmamışdım. Uduzmaqda günahkar özüməm.
- Həmid bəy deyir ki, həmişə Şəhriyara öz bağımızdan alma gətirirəm. Bu almaların dadı tamam başqadır. O almalar Şəhriyara güc verir. Şəmkirə alma gətirmişdi?
- Bu dəfə alma gətirməmişdi. Amma düz sözdü. Bağımızdakı almalar çox dadlıdır. Atam ağaclara çox yaxşı qulluq edir. O almaların dadı tamam başqadır. Atamın çəkdiyi əziyyəti bilirəm. Ona görə o almaları daha həvəslə yeyirəm. Çox dadlı olur.
- Şəmkirdə reytinqini yüksəltdin 2781-ə çatdın. İndiyə qədər belə yüksək reytinqin olmamışdı. 2800-ə çatmaq barədə düşünürsən?
- Əlbəttə. Hər bir şahmatçı 2800-ə çatmaq istəyir. Böyük önəm daşıyır mənim üçün. Reytinq vacib amillərdən biridir.
- Qələbəni kimə həsr edirsən?.
- 2016-cı ildə qələbəni Vüqar Həşimovun xatirəsinə həsr etmişdim. Bu dəfə qələbəni şəmkirlilərə həsr etmək istəyərdim. 10 gün ərzində onların dəstəyini hiss etdim. Həqiqətən bu il mənə düşərli oldu. Şəmkirli xanımla nişanlandım. Ona görə qələbəni şəmkirlilərə həsr edirəm.
- Vüqar Həşimovun xatirə turnirində onun dostu iki il ardıcıl qələbə qazanır. Bu qələbənin xüsusi önəmi var...
- Vüqar həmişə bizimlədir. Elə şahmatçıdır ki, onu unutmaq olmaz. Onun adı mənə güc verir. İlk illərdən başlayaraq Vüqarın adı uğrunda yarışmışıq. İndiyə qədər belə mötəbər yarışda qalib gəlməmişdim. Vüqarın xatirə turnirində qələbə qazanmaq ikiqat önəmlidir. Yarışın ümumi reytinqi 2765-dir. XXI kateqoriya turnirdə uğur qazanmaq asan deyil.
- Şəmkirdən sonra Rusiyada klubların çempionatında iştirak edəcəksən. Sonra isə Moskvada Qran-Prisi var. İddiaçılar turnirinə düşmək üçün şanslarını necə qiymətləndirirsən?
- Ümid edirəm ki alınacaq. Qran-Pridə çıxışımdan asılıdır. Mümkün qədər uğurlu nəticə qazanmalıyam. Ardıcıl üç yarışda iştirakım çətinlik yarada bilər. Amma yaxşı olacağına inanıram. Moskvadan sonra klassik şahmata fasilə verəcəm. İstirahət etmək istəyirəm, ilin sonunda növbəti yarışlarım olacaq.
- Şəmkirdə qalib gələndən sonra təbrik üçün ilk zəng vuran kim oldu?
- İlk təbrik qayınatamdan gəldi.
- Atan Həmid bəy çox həyəcanlı görünürdü. Onun sənə dediyi sözləri bilmək maraqlı olardı...
- Həmişə hisslərini nümayiş etdirməməyə çalışır. Çox sevinir. Ümumiyyətlə yanımda olanda oyunumu tərifləmir. Amma mən olmayan yerlərdə Şəhriyar yaxşı oynayır deyir. Əvvəllər bütün yarışlara birlikdə yollanırdıq. Son zamanlar tək gedirəm. Çünki məğlub olanda həyəcanlanır. İstəmirəm uduzanda atam yanımda olsun. Mən peşəkar kimi istənilən nəticəyə öyrəşmişəm. Atam özünü göstərir ki, guya ciddiyə almır. Lakin hiss edirəm ki, mən uduzanda o pis olur. Onun əhvalının korlanması mənə məğlubiyyətdən pis təsir edir. Rahat oynamıram. Evdə olanda bağda işləyir, nəticə barədə çox düşünmür.
- Üç oyunda qara fiqurlarla qalib gəldin. Sənə "Mister Black" deyə bilərik?
- (gülür) Əminəm ki, Voytaşekə uduzandan sonra artıq elə demək olmaz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"
- Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
- "Abşeron Lions" yarımfinalda
-
15:52
DÇ-2026: Tunisin heyəti açıqlandı
-
15:00
Danimarka kubokunun qalibi müəyyənləşdi
-
14:33
Əl Şəravi "Roma"dan ayrılır
-
13:17
Millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
-
12:28
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
11:45
Ramon Maçado: “Rəhbərlik bu il kluba çox pul xərcləsə də, təəssüf ki...”
-
11:09
Manuel Noyer daha 1 il "Bavariya"da
-
10:31
Dünya Seriyası: "Neftçi" bu gün iki oyun keçirəcək
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:54
“Beşiktaş” mövsümü heç-heçə ilə başa vurdu VİDEO
-
23:57
"Araz-Naxçıvan" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
22:42
Andrey Demçenko: “Rəhbərlik necə qərar verəcəksə, elə də olacaq”
-
22:18
Azər Bağırov: “Hər şeyi zaman göstərəcək"
-
22:05
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
-
21:23
"Araz-Naxçıvan" və "Qəbələ"dən qələbə
-
20:56
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
-
20:39
"Karvan-Yevlax" - "Qəbələ" matçında 3 qol VİDEO
-
20:21
Kaxaber Sxadadzedən qələbə şərhi
-
20:00
Füzuli Məmmədov: "Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, "Karvan-Yevlax"da qala bilərəm"
-
18:44
Belçika millisinin DÇ-2026 üçün heyəti
-
17:27
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
-
16:02
Yevlaxda heyətlər açıqlandı
-
15:15
Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq müzakirə olunub
-
14:58
Azərbaycan stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
13:46
Cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
-
13:23
Yüksək Liqada çempionluq matçı: hakimlər açıqlandı
-
13:00
Avropa çempionumuz: “Qələbəni atama həsr edirəm”
-
12:39
“Karvan-Yevlax” rəhbərliyi nəyi gözləyir?
-
11:51
Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatında çıxış edəcəklər
-
11:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü oldu
-
10:02
Fransa millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
09:45
Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub
-
20:54
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
-
19:29
Futzal üzrə Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
-
18:02
XXXII turun hakim təyinatları
-
17:15
İngiltərədə mövsümün baş məşqçisi adına namizədlər məlumdur
-
16:48
"Bakı-Xankəndi" velosiped yarışında fərdi və komanda hesabında qaliblər müəyyənləşib
-
15:52
AFFA "Zirə"ni cərimələdi
-
15:30
"Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələndi
-
14:27
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti açıqlandı
-
13:43
Coş Barnett "Bakı-Xankəndi" yarışının V mərhələsinin qalibi olub
-
13:16
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı
-
12:51
Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
-
12:35
"Neftçi"nin şikayəti təmin edilmədi
-
12:08
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş futzal turniri keçirilib
-
11:49
Azərbaycan kuboku: finalın vaxtı açıqlandı
-
11:24
Krivotsyuk 90 dəqiqə meydanda oldu
-
11:00
PSJ Fransa futbolu tarixinə düşdü
-
10:32
Nəriman oynadı, komandası uduzdu
16.05.2026
15.05.2026
14.05.2026























