24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Güləşçilərimiz üçün 1 qızıl və 2 bürünc medal şansı

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Futbolxeber.az saytının məlumatına görə, ikinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır. 
 
61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. 
 
70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda onun rəqibi Rusiya idmançısı olacaq. 
 
74 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. 
 
Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 
Xatırladaq ki, güləşçimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurub. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31