24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start verilib

Bu gün IV İslam Həmrəylik Oyunlarının təbliğat kampaniyasına start verilib. Futbolxeber.az saytının məlumatına görə, bu məqsədlə yarışların başlanmasına 50 gün qalması münasibəti ilə Bakı bulvarında tədbir keçirilib.
 
Tədbirdə İslamiadanın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, idmançı və ulduz səfirlər - güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, teleaparıcı Hacı Nuran, eləcə də, yumor ustaları Rafael və Coşqun iştirak ediblər.
 
İdmançı və ulduz səfirlərin çıxışlarından sonra könüllülərin iştirakı ilə məşq sessiyası təşkil olunub.
 
Tədbirin sonunda lotereya oyunu keçirilib və 2 nəfər qalib IV İslam Həmrəylik Oyunlarına bilet əldə edib. ("Report")
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31