Digər idman növləri
AzVİF-in vitse-prezidenti Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçildi
Belçikanın paytaxtı Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası öz işini başa vurub. Futbolxeber.az saytının məlumatına görə, quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər də keçirilib.
Seçkilərdən öncə qurumun son 4 ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının təşkilinə başlanılmasını ən vacib addımlardan biri kimi dəyərləndirib. O, Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.
David Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti 4 il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqətlər UEC-nin Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. 6 nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədləyi irəli sürülüb ki, onların arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da var idi.
Səsvermənin nəticələrinə əsasən Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub. Azərbaycanda son illər ərzində dövlət qayğısı hesabına velosiped idman növünün inkişafı istiqamətində atılan addımlar, nüfuzlu "Tour d'Azerbaidjan" veloyürüşünün təşkili, 2018-ci ildə ölkəmizin BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi edəcəyi, "Synergy Baku" komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralanmasında 4-cü yerdə başa vurması bu seçimdə önəmli rol oynayıb.
Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.
Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, 50 ölkəni təmsil edən 26 namizəd arasından seçilmiş 15 nəfər sırasına düşməklə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresinə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi qatılmaqla prezident və Rəhbər Komitənin səsvermə prosesində qurumu təmsil edəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























