2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Digər idman növləri

Oyun zamanı xəsarət aldı, həkim tapılmadı - Azərbaycanda

Qadın həndbolçular arasında Azərbaycan çempionatı problemlə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, yarış həkimlər və təcili tibbi yardım maşını olmadan start götürüb.
 
Bunun da nəticəsi özünü çox gözlətməyib. “Azəryol” – “Nur” oyununun ilk dəqiqələrində birincilərin heyətində çıxış edən Yana Qornak ciddi xəsarət alıb. Həkimlərin olmamağı səbəbindən Azərbaycan yığmasının üzvünə ilkin tibbi yardım göstərilməyib.
 
Nəticədə federasiya rəhbərliyi sonradan təcili yardıma zəng edib. Onlar gələnə qədər ayağından ciddi zədə alan həndbolçunun səsi zalı bürüyüb. Xərək olmadığından, onu komanda yoldaşları meydandan qucaqlarında çıxarıblar.
 
Təcili yardım işçiləri sonradan gələrək, Qornakı xəstəxanaya aparıblar. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31