15 Aprel 2026, Çərşənbə
Hacı Əliyev mayor rütbəsi aldı
ÇL: PSJ və "Atletiko" yarımfinalda
Yığmamız Andorraya qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Digər idman növləri

Veteran cüdoçumuz Avropa çempionu oldu

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçumuzun yarımfinaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Fərhad Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçilərimiz - Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30