31 May 2026, Bazar günü
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
“Qrup lideri olmaq niyyətindəyik”

Digər idman növləri

Bakıda "Gənclik veloyürüşü" keçirilib

2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə "Gənclik veloyürüşü" təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, 200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı yürüşün iştirakçıları arasında gürcüstanlı həvəskar velosipedçi, dünya səyahəti çərçivəsində Azərbaycandan keçən Nodar Beridze də olub.

Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Azneft meydanı–Neftçilər prospekti–Heydər Əliyev Mərkəzi–Səməd Vurğun bağı–Rəşid Behbudov küçəsi–Heydər Əliyev Sarayı–Səməd Vurğun küçəsi–Dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.

Veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31