Digər idman növləri
Fariz Məmmədov: “Rinqdə hər bir azərbaycanlının adından vuruşacağam”
Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı keçirəcəyi döyüşdən öncə Futbolxeber.az saytına müsahibə verib.
- İlk döyüşlə müqayisədə son döyüşə çıxanda hansı hisslər keçirirsiz?
- İlk döyüşüm yadımdan çıxıb. Amma 7 illik fasilədən sonra ilk döyüşüm yadımdadı. Erməni ilə qarşılaşırdım. Çox gərgin döyüş idi. Özüm də çox həyəcanlı idim. Amma psixoloji olaraq mükəmməl vəziyyətdəydim. Elə psixolji durumda heç vaxt olmamışam.
- Rəqib peşəkar boksda sizdən daha çox döyüş keçirib. Bu məqam sizə mane ola bilər?
- Peşəkar boks bir döyüşçünün həyat tərzidi. Bu addımı atırıqsa, deməli bütün çətinlikləri göz önünə almışıq. Rəqibin daha çox döyüş keçirməsi mənimçün çətinlik deyil. Əksinə, məni daha ciddi şəkildə hazırlıq keçməyə vadar edir.
- Qeyd etmisiz ki, bu, karyeranızdakı son döyüşdü. Görüşün nəticəsi qərarınıza təsir edə bilər?
- Xeyr. Artıq yorulmuşam. Bu sualı mənə yaxın dostum da verib. 2 il əvvəl görüşdən öncə açıqlama vermişdim və demişdim ki, uduzmağa haqqım yoxdu. Bunu hərə bir cür başa düşdü. Amma bu məsələ özümlə bağlıdı. Məni yaxından tanıyanlar nə demək istədiyimi bilirlər. Oldu, haqqım yox idi uduzmağa, amma həmin məğlubiyyətin əvəzini çıxdım. Məğlubiyyət haqda heç düşünmürəm. Mətbuat işçiləri bizim gücümüzdü. Sizin fikriniz mənə çox təsir edir. Hər kəsdən dəstək gözləyirəm. Mən rinqdə hər bir azərbaycanlının adından vuruşacağam. Həyatım boyu olmayan gücümü, bütün varlığımı ortaya qoyacağam. Geriyə yol yoxdu.
- Keşməkeşli karyeranız olub, möhtəşəm qələbələr əldə etmisiz. Demək olar ki, Fariz Məmmədov rinqdə arzuladığı bütün rəqiblərlə qarşılaşıb?
- 2001-ci ildə peşəkar boksa ilk addımımı atdım. Həmin vaxt İspaniya şirkəti ilə müqavilə imzaladım. Bu addımı atanda bir hədəfim vardı - dünya çempionu olmaq. Bu yola çıxmışamsa, missiyamı tamamlamalıyam. Bu, 15 illik həsrətin sonudu. Çox adam barədə tərif demək istəmirəm. Lakin Yaşar Nifətəliyevin adını qeyd etmək istəyirəm. O, mənim şəxsi menecerimdi. Almaniyada yaşasa da, azərbaycanlım olaraq bu gün də yanmadı. Bütün karyeramı ona etibar etmişəm. Eləcə də sonsuz dərəcədə “Qəbələ” İdman Klubunun rəhbərliyinə minnətdaram. Məhz 2 şəxs 15 illik arzularımı reallaşdırıb. İdmanda bəxt yoxdu. Bəxt hər zaman güclülərin tərəfindədi. Bu döyüş Azərbaycan boks tarixində yeni səhifədi.
- Rəqib haqda kifayət qədər məlumatınız var?
- Onun haqda altı aydı məlumat toplayıram. Solaxaydı və bu, boksda çətinlik yaradır. Lakin mənimçün çətinlik yaratmayacaq. 6 aydır buna uyğun hazırlaşıram. Bu gün sağ əlli boksçuyla döyüşmək mənə daha da çətinlik yaradar. Peşəkar boksda rəqibi sən seçmirsən. Bu ad uğrunda döyüşmək üçün hüququ qazanmalısan. Boksdan kənarda qaldığım 7 il də mənə mane olmayıb. Elə 7 il ərzində də bu günlə yaşamışam. Rəqib güclü olsa da, bu, bizim seçimimiz deyil. Hətta zarafatca menecerimə dedi ki, “bu “tank”ı hardan tapmısız” (gülür). Təbii ki, güclü rəqibdi. Onsuz da həlledici döyüşdə güclü idmançıları məğlub edən rəqiblə üz-üzə gəlməlisən.
- Yorulduğunuzu qeyd etdiniz. Fiziki baxımdan yorulmusuz, yoxsa mənəvi?
- Hərtərəfli. Həm fiziki, həm mənəvi, həm də psixoloji. Boksda hədəfim bu idi. Dünya çempionluğundan o tərəfə hədəf yoxdu. 7 ildən sonra boksa qayıtdım. Bu yolda mənə dəstək olan insanlar var. Onların sayəsində böyük idmana qayıtdım. Artıq yolun sonundayıq.
- Karyeranız ərzində bir çox ilklərə imza atmısız, mühüm qələbələr qazanmısız. Dünya çempionluğu da yolun sonudu. Bəs Fariz Məmmədovun gələcəkdə planları nədir?
- Hər bir azərbaycanlının boynunda millətinə xidmət etmək haqqı var. Mən də həmin haqqı xalqıma qaytarmalıyam. Karyeramı bitirəndən sonra millətimə xidmət etməliyəm.
- Yorulmusuz, bəlkə son döyüşü vaxtından əvvəl başa vurasız?
- Hər boksçu istəyir ki, döyüşü tez qurtarsın. Amma hər zaman nokautla qələbə qazanmaq olmur. Üstəlik, afrikalılar geniş nəfəsli olurlar, onları başdan zərbə ilə nokauta salmaq çətindi. Hazırlığımızı 12 raunda uyğun qurmuşuq. İnanıram ki, çox döyüşəcəyik. Özüm də bunu istəyirəm
- Elə bir adam var ki, fevralın 6-sı onun zalda olması sizə əlavə ruh yüksəkliyi verəcək?
- Var. Azərbaycanlılarım, həmyerlilərim.
- Bəs həmin gün zalda görmək istəmədiyiniz şəxs varmı?
- Anam. Kluba müraciət etdim ki, canlı efir olmasın. Çünki Allah bütün analara can sağlığı versin. Anam döyüşümə baxanda çox həyəcanlanır. Lakin qələbə elə bir mükəmməl nemətdir ki, bütün həyəcanları unutdurur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
21:24
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
09.10.2026
08.10.2026
07.10.2026
























