Digər idman növləri
Pərviz Abdullayev: “Məni gecənin sürpriz qalibi kimi təqdim etdilər”
Azərbaycanı və “Qəbələ” İdman Klubunu təmsil edən kikboksçu Pərviz Abdullayev bu idman növü üzrə ən mötəbər yarış olan “Glory World Series” turnirində ilk döyüşünü keçirib. Futbolxeber.az-ın məlumatına görə, debüt uğurlu alınıb. Ən ağır çəkidə (70 kq) döyüşən təcrübəli idmançımız dekabrın 4-də Hollandiyanın paytaxtı Amsterdamda keçirilən yarışda mərakeşli Aziz Kallahı məğlub edib. Üç raund davam edən döyüşü rəqibindən üstün keçirən Pərviz hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Sayca 26-cı olan “Glory” turnirinin qaliblərindən biri kimi tarixə düşən Abdullayev təəssüratlarını “Qəbələ İK”ya bölüşüb. İdmançımız bizimlə söhbətində rəqibinin tam fərqli üslubda vuruşduğunu bildirib: “Azizin mənə qarşı döyüşü əvvəlkilərindən tam fərqlənirdi. O, belə deyək, daha çox güləşirdi. Sanki ona deyilmişdi ki, Pərvizin döyüşməsinə imkan vermə. O da bunu edərək, döyüşü korladı. Hərçənd, mən Azizdən açıq döyüş gözləyirdim. Mərakeşli idmançılar adətən davakar olurlar və görüşün gedişində aqressivləşirlər. Ancaq Kallahda bunu görmədik. Mən isə döyüş üslubuma sadiq qaldım və əvvəldən axıradək hücum etdim. Rəqibimin fərqli tərzdə döyüşdüyünü görüb, özümü itirsəydim, məğlub da ola bilərdim. Ancaq soyuqqanlı oldum, döyüşə hücumlarla başladım və tam üstünlüklə başa verdim”.
Qələbədə hazırlığının böyük rol oynadığını deyən Pərviz, rəqibinə hətta nokautla qələbə qazanmağı arzulayırmış: “Döyüşə hərtərəfli hazırlaşmışdım. Azizə öz döyüşünü qurmağa imkan vermədim. Fiziki gücüm, sürətli həmlələrim, əl və ayaqla güclü zərbələrim qələbədə böyük rol oynadı. Fikirləşirdim ki, nokautla qalib gələrəm. Kallahdan açıq döyüş gözləyirdik. Belə olsaydı, əminəm ki, rəqibimi nokaut edəcəkdim. Əsas odur ki, nüfuzlu turnirdə ilk döyüşdə qələbə qazandım. Döyüşüm həm hakimlər, həm də tamaşaçılar tərəfindən bəyənildi”.
“Kobra” ləqəbi ilə tanınan “Qəbələ” idmançısı həmin gecənin sürpriz qalibi sayılıb: “Turniri canlı yayımlayan telekanallarda məni gecənin sürpriz qalibi kimi təqdim etdilər. Doğrudur, Kallah da ilk dəfə “Glory World Series”də çıxış edirdi. Ancaq o, tanınmış idmançı kimi bu döyüşün favoriti sayılırdı. Dünyada ən güclü kikboks məktəblərindən olan Hollandiya məktəbinin yetirməsidir, döyüşün keçirdiyi Amsterdamdandır. Bundan əlavə, Azizin məşqçisi “Glory”, K-1 çempionlarını yetişdirib. Bütün bunlara görə rəqibimin qələbə şansı daha yüksək qiymətləndirilirdi. Buna görə də, mənim qalib gəlməyim çoxları üçün gözlənlməz oldu”.
Döyüşdən sonra Abdullayevdən müsahibə alan televiziyalar növbəti görüşdə kiminlə döyüşmək istədiyini soruşublar. Elə bizim üçün də növbəti rəqibin kimliyi maraq doğurur: “Amsterdamda müsahibəmdə bildirdim ki, təşkilatçılar kimi məsləhət biləcəklər, onunla da döyüşəcəyəm. Mənim üçün rəqibin kimliyi vacib deyil. Hər biriylə döyüşməyə hazıram. Fikrimcə, növbəti rəqib kimi mənimlə döyüşə kanadalı Corc Yalsen və ya Marat Qriqoryan təqdim olunacaq. Qriqoryan Belçikanı təmsil etsə də, milliyətcə ermənidir. Bu 2 kikboksçunun adını ona görə çəkdim ki, hər ikisi döyüşkəndir. Döyüş üslublarımız, taktikalarımız uyğundur. Bunu nəzərə alan təşkilatçılar da istəyir ki, şou cəlbedici olsun. Hər halda, azərbaycanlı və erməni idmançının döyüşməsi daha maraqlı ola bilər”.
Pərvizin sözələrinə görə, “Glory World Series”də ikinci döyüşüylə bağlı bu ayın sonunadək ona dəqiq məlumat veriləcək: “Həmin döyüş gələn ilin ya fevral, ya da mart ayında olacaq. Təşkilati məsələlərlə hollandiyalı promouterim Dennis Krauell məşğul olur. İkinci döyüşdə də qalib gəlsəm, “8-liy”ə, ya da“4-lüy”ə düşüb reytinq döyüşlərinin iştirakçısı olacağam. Həmin vaxt dünya kəməri uğrunda döyüşə iddia edə biləcəyəm. Hazırda bu kəmər hollandiyalı dünya çempionu Robin van Roosmalendədir”.
Qeyd edək ki, Abdullayevi “Glory World Series”də ikinci döyüşünədək Çində sınaq gözləyir. Bu, həmin turnirdən sonra reytinqinə görə 2-ci yarış sayılan “Kunlun Fight Series”dir: “Bu turnirdə də dünya ulduzları iştirak edirlər. “Kunlun Fight Series”də keçirəcəyim döyüş, ümumilikdə, 6-cı olacaq və gələn il yanvarın 23-də keçiriləcək. Rəqibim Qazaxıstan idmançısı Noyerladır. Azərbaycanı və “Qəbələ” İdman Klubunu yenə layiqli təmsil edib, qalib gəlmək iddiasındayam”.
Mehman KAMİLOĞLU
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
21.09.2026
20.09.2026
























