Digər idman növləri
"Atam yenə mənə deyir ki, niyə Karuanaya qalib gəlmədin?"
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin mətbuat xidmətinə açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuanayla görüşə yaxşı hazırlaşdığını bildirib: "Debütə yaxşı hazırlaşmışdım, bilirdim ki, Karuana ağ fiqurlarla mümkün qədər çox təzyiq etməyə çalışacaq. Ona görə də təxmini gedişləri bilirdim, sadəcə rəqibin debütdən çıxmağını gözlədim. Bir neçə yaxşı ideyam var idi, ancaq “ağlar” rahat oynamağa başlayandan sonra bir yerdə yüngülcə səhv etdim. Kubok oyununun xarakteristikasına uyğun olaraq mənə heç-heçə də kifayət edirdi. Karuana dünyanın ən güclü şahmatçılarından biridir. Ona görə nəticəyə oynamaq başadüşüləndi. Uzun müddət Karuana dünyanın reytinqə görə ikinci şahmatçısı olub. Bəlkə də o mənimlə oyunda bütün bacarığını göstərə bilmədi”.
Şəhriyar Məmmədyarov Karuananın 2-ci turda digər azərbaycanlı şahmatçı Rauf Məmmədovu yarışdan kənarlaşdırması və matçın revanş xarakterli olub-olması ilə bağlı suala isə belə cavab verib: “Rauf mənim komanda yoldaşımdı, ona görə də bu oyuna revanş kimi də yanaşmaq olar. O, Karuanaya qarşı yaxşı oynamışdı, ancaq debütdə bir balaca səhv eləmişdi. Məni də 1/4 finala çıxmağım münasibətilə ilk təbrik edən Rauf oldu. Əgər Rauf sevinirsə deməli mənə təşəkkür edə bilər. Reallıqda isə Karuanaya məğlubiyyət faciə deyil. Fabiano Dünya Kubokunda iştirak edən istənilən şahmatçını məğlub etməyi bacarar”.
Növbəti mərhələdəki rəqibə gəlincə Şəhriyar Məmmədyarov Dünya Kubokunda zəif rəqibin olmadığını dedi: "Əsas mübarizəni davam etdirməyimdi. 1/4 finalda kiminlə qarşılaşmağım önəmli deyil. Bu turnirdə zəif rəqib yoxdur. Həm Andreykin, həm də Karyakin beynəlxalq arenada tanınmış şahmatçılardır. Məqsədim mümkün qədər irəliləməkdir. Sözsüz ki, hər bir şahmatçı finalçı olmaq arzusundadır"
Dünya Kuboku günlərində Şəhriyar Məmmədyarova atası Həmid dəstək olur. Şahmatçımız atasının hər oyun yanında olmasının ona kömək etdiyini bildirdi: "Atam həm də mənim müəllimimdir. Kiçik yaşlarımdan şahmata həvəs yaratdı. Reytinqim 2700-ə yüksələnə qədər mənimlə məşğul oldu. Sözsüz valideynin yanımda olması məsuliyyəti artırır. Hər oyunda məndən qələbə gözləyir. Karuanayla ikinci görüşdə heç-heçə oynadım. Bu nəticə məni 1/4 finala çıxarır, risk etməyə ehtiyac yox idi. Amma partiyadan sonra atam yenə mənə dedi ki, "orada uduş var idi, niyə qalib gəlmədin? (gülür). Allah valideynlərimizi başımızın üstündən əskik etməsin".
Dünya Kubokunun mətbuat xidməti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
-
13:58
Mahir oynadı, “Kayzerslautern” qalib gəldi
-
13:31
Amil Həmzəyev “Neftçi”dən ayrılıb
-
13:00
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA
-
11:49
Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
-
11:25
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
-
10:53
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi açıqlandı
-
10:36
"Neftçi"nin qələbəsi FOTOLENT
-
10:12
İspaniya - Belçika matçında 3 qol VİDEO
-
09:47
Lamin Yamal rekorda imza atıb
-
01:04
DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
-
00:58
DÇ-2026: İspaniya yarımfinalda
-
23:15
“Araz-Naxçıvan” məşqlərə başladı
-
22:59
Yuri Vernidub: “Qələbə qazanmaq xoşdur”
-
21:24
"Neftçi"dən böyük hesablı qələbə
-
20:49
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
-
18:33
“Mançester Siti”dən qapıçı transferi
-
18:07
Şahmat Olimpiadasında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
-
17:52
Azərbaycan çempionunda yeni müqavilə
-
16:41
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb
-
16:25
“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi
-
15:58
“Karvan-Yevlax”da yeni baş məşqçi
-
15:30
Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
15:16
Zubir Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolunu vurub
-
14:49
“Şəfa" fransız yarımmüdafiəçi ilə gücləndi
-
14:24
Boksçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
-
14:03
Ramalinqomun yeni klubu müəyyənləşdi
-
13:37
İsgəndərlinin komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
-
13:12
“Sumqayıt”ın yeni baş məşqçisi klubun infrastrukturu ilə tanış olub FOTOLENT
-
12:55
Duran: “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdir”
-
12:41
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olunub
-
12:28
Kamilo Duran rəsmən “Seltik”də
-
12:00
"Neftçi"nin potensial rəqiblərinin oyununda bir qol VİDEO
-
11:39
Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
10:54
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
-
10:33
“Sileks” “Neftçi”yə yaxınlaşdı, Litvada qalib aşkarlanmadı
-
10:17
Romao Rusiya klubuna keçdi
-
10:02
Fransa Mərakeşi 2 qolla üstələdi VİDEO
-
09:45
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
-
02:00
DÇ-2026: Fransa yarımfinalda
-
22:45
Qurban Qurbanov: "Çox məsuliyyətli olmalıyıq, gözləntilər böyükdür"
-
22:24
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
-
21:52
"Qarabağ"dan böyük hesablı qələbə
-
21:19
Karim Rossi “Qəbələ”yə keçdi
-
20:23
"Şamaxı"dan yeni transfer
-
20:00
"Kəpəz" daha bir legioneri göndərdi
-
19:31
"Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi FOTOLENT
-
18:57
"Qarabağ" - "Vestri": Heyətlər açıqlandı
-
18:14
"Arsenal"dan qapıçı transferi
-
17:48
Rafael Markes Meksika millisində
-
17:06
Azərbaycan qolfçuları Fransada iki medal qazanıblar
11.07.2026
10.07.2026
09.07.2026























