10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib

Azərbaycan Üzgüçülük Federasiyası yerli mütəxəssislərin hazırlanması və üzgüçülük təhsilinin inkişafı məqsədilə beynəlxalq ekspert Boro Ştrumbellə əməkdaşlığa başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, təşəbbüs Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə həyata keçirilib.

2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş təcrübəli mütəxəssisin kurasiyası ilə məşqçilərin və hakimlərin sertifikasiyası ilə lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasına qəbul və tədris prosesi, həmçinin "Üzməyi Öyrənək" layihəsi üzrə işlər aparılacaq.

Qeyd edək ki, Boro Ştrumbel Lyublyana Universitetinin idman fakültəsinin dosentidir. O, idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. Avropa Su İdmanı Federasiyasının (European Aquatics) "Üzməyi Öyrənək" Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərmiş ekspert hazırda qurumun Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31