27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Ölkə futbolu

“Qarabağ” - “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) klubları arasında keçiriləcək cavab oyununun başlamasına 1 saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.

Futbolxeber.az saytına Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.

Klub azarkeşlərdən biletlərini əvvəlcədən əldə etmələrini xahiş edib.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30