5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Azərbaycan klublarından rekord

Azərbaycan klublarının UEFA reytinqində topladığı xalların sayı 3,375-ə yüksəlib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçındakı qələbəsindən sonra gerçəkləşib.

Ağdam klubu “Tvente”ni Niderlandda 1:0 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ”ın ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib. "Qarabağ" bu göstəricidə “Sabah”a çatıb. Digər təmsilçilərimizdən “Zirə” 0,625, “Neftçi” 0,250 xal əldə edib.

Bu, Azərbaycan klublarının əsas mərhələlərə (qrup və ya liqadan başlayaraq) qədər olan müddət üçün rekord göstəricisidir. Klublarımız heç vaxt təsnifat və pley-off mərhələlərində bu qədər xal toplamamışdı. Bunadək rekord 3,125-ə bərabər idi. 2015/16 mövsümündə qeydə alınan həmin rekord 11 il sonra yenilənib və cavab görüşlərində göstərici daha da arta bilər.

Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox xal qazanan iki ölkədən biridir. Latviya da eyni xal əldə edib. Ümumi siyahıda 6-cı yerə şərik olan Azərbaycanla Latviya bonuslar hesabına öndə qərarlaşan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31