27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Ölkə futbolu

“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək

Bu axşam "Sabah"ın UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Futbolxeber.az saytına bu haqda “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Qeyd olunub ki, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.  Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30